24 Avqust 11:42 Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi
FUTBOL xəbərləri 24 Avqust 11:42
356 baxış

Milli komandamızın oyunlarının vaxtı dəyişdirildi

Futzal üzrə Azərbaycan millisinin Türkmənistanla keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar əvvəlcədən xəbər verildiyindən 1 gün sonra baş tutacaq.

 

Belə ki, matçlar avqustun 24-də və 26-da deyil, 25-də və 27-də keçiriləcək. “ABU Arena”da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, bu qarşılaşmalar futzal üzrə Avropa çempionatının pley-off mərhələsinın Slovakiya ilə oyunlarına hazırlıq xarakteri daşıyır.

 

Mənbə: affa.az

Xəbər lenti