19 Sentyabr 19:40 Milli üzvü bir hissə oynadı, komandası yenə uduzdu
FUTBOL xəbərləri 19 Sentyabr 19:40
561 baxış

Milli üzvü bir hissə oynadı, komandası yenə uduzdu

Almaniya 2-ci Bundesliqasında 7-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bu turda səfərdə "Paderborn"la qarşılaşıb.

 

Nazarovun fasilədən sonra meydana çıxdığı matç ev sahiblərinin 2:0 hesablı qələbəsiylə nəticələnib.

 

Bu, "göy-ağlar"ın cari mövsümdə 2-ci Bundesliqada ardıcıl 3-cü, ümumilikdə isə 5-ci məğlubiyyətidi. Hazırda hesabında 6 xal olan Karlsrue təmsilçisi 15-ci pillədə qərarlaşıb.

 

Almaniya 2-ci Bundesliqası, 7-ci tur

19 sentyabr

 

“Paderborn” – “Karlsrue” - 2:0

Qol: Hoheneder, 51, Val, 84.

Xəbər lenti