20 Sentyabr 16:08 Milli üzvü oynadı, “fərqləndi”, komandası 1 xal qazandı
FUTBOL xəbərləri 20 Sentyabr 16:08
705 baxış

Milli üzvü oynadı, “fərqləndi”, komandası 1 xal qazandı

Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Metallurq" da növbəti matçına çıxıb.

 

Zaporojestlilər öz meydanında "Metallist"lə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə başa çatıb. Start heyətində meydanda çıxan milli üzvü oyunu əvəzedilmədən keçirib.

 

Oyunda qol olamasa da, Paşayev “fərqlənməyə” imkan tapıb. Müdafiəçi 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, "Metallurq" 3 xalla 13-cü pillədə qərarlaşıb.