13 Noyabr 22:52 Millimiz Almaniyaya uduzdu - YENİLƏNİB
FUTBOL xəbərləri 13 Noyabr 22:52
11983 baxış

Millimiz Almaniyaya uduzdu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Yaşar Vahabzadənin yetirmələri Almaniya yığması ilə görüşüb.

 

Seçmə mərhələdə keçirdiyi 5 oyunda cəmi bir qələbə qazanan və digər 4 oyunun hamısında qol vurmadan məğlub olan millimiz güclü rəqibi ilə səfər qarşılaşmasında qol vurmağa müyəssər olsa da, məğlubiyyətdən qaça bilməyib. 

 

Qarşılaşmanın 30-cu dəqiqəsində hesabı açan yığma komandamızın üstünlüyü cəmi 7 dəqiqə çəkib. İlk yarının sonlarında daha bir qol vuran bundestim fasiləyə üstün yollanıb. İkinci hissədə də bir dəfə fərqlənən ev sahibləri matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.

 

Qeyd edək ki, Bakıda, “Dalğa Arena”da baş tutan ilk matçda bundestim 3 cavabsız qolla qalib gəlmişdi.

 

AVRO-2017-nin seçmə mərhələsi

7-ci qrup

13 noyabr

 

Almaniya – Azərbaycan - 3:1

Qollar: Verner, 37, 63, Arnold, 43 - Məqsəd İsayev, 30

 

Baş hakim: Svetan Krastev

Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov

Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)

Reqensburq. “Kontinental Arena”

 

Almaniya: 12. Timon Vellenreyter, 2. Jeremi Tolyan, 5. Niklas Süle, 16. Kevin Akpoquma, 3. Mitçel Vayser, 7. Maks Meyer, 8. Leon Qoretzka (k), 17. Josua Kimmiç, 21. Maksimilian Arnold, 15. Timo Verner, 22. Serje Qnabri

Ehtiyat oyunçular: 23. Yannik Hut, 4. Conatan Tah, 6. Julian Veiql, 10. Mark Stendrea, 11. Julian Brandt, 18. Yannik Hereber, 9. Deyvi Selke

 

Azərbaycan: 1. Şahrudin Maqomedaliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 6. Vüqar Mustafayev, 7. Taşkın İlter, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 11. Kerem Behnke

Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 17. Abbas Hüseynov, 9. Fəhmin Muradbəyli, 18. Fuad Bayramov, 21. Tellur Mütəllimov, 23. Budaq Nəsirov

 

Turnir cədvəli

 

1.

Almaniya

4

4

0

0

16:1

12

2.

Avstriya

4

4

0

0

15:3

12

3.

Finlandiya

5

3

0

2

6:6

9

4.

Rusiya

3

1

0

2

5:6

3

5.

Azərbaycan

6

1

0

5

2:16

3

6.

Farer Adaları

4

0

0

4

0:12

0

Xəbər lenti