4 Sentyabr 14:43 Millimiz Maltaya yola düşdü
FUTBOL xəbərləri 4 Sentyabr 14:43
1257 baxış

Millimiz Maltaya yola düşdü

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Xorvatiya ilə qolsuz heç-heçə oynayan millimiz vətəni tərk edib. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri növbəti görüş üçün Maltaya yollanıblar.

 

Yığmamız Ta Qaliyə çarter reysi ilə yola düşüb. Komandamızı aparan təyyarə bu dəqiqələrdə havaya qalxıb.

 

Futbolçu və məşqçilər, həmçinin tibbi personalla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da Maltaya yollanan heyətdə yer alıb.

 

Bundan əlavə, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da millimizlə birgə səfərə gedib. O, komandamızın məşqlərini və oyununu izləyərək, lazımi qeydlərini götürəcək. 

Xəbər lenti