15 Sentyabr 17:10 Millimiz Uelsə qalib gəldi
FUTBOL xəbərləri 15 Sentyabr 17:10
574 baxış

Millimiz Uelsə qalib gəldi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, uelsli həmyaşıdları ilə qarşılaşan millimiz qələbə qazanıb.

 

Belə ki, görüş komandamızın 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Yaiza Releanın dubl etdiyi oyunda yığmamızın digər qollarını Kristina Bakarandze və Nigar Cəlilli vurub.

 

Yığmamız növbəti oyununu sentyabrın 17-də saat 20.00-da Belçika millisinə qarşı keçirəcək.   

 

Xəbər lenti