5 Sentyabr 14:55 Millimiz uğurlu seriyanı davam etdirmək iddiasında
FUTBOL xəbərləri 5 Sentyabr 14:55
8183 baxış

Millimiz uğurlu seriyanı davam etdirmək iddiasında

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda Xorvatiya ilə qolsuz heç-heçə edən yığmamız sabah növbəti görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, Robert Prosineçkinin yetirmələri səfərdə Malta millisinin qonağı olacaqlar.

 

Məlum məsələdi ki, Xorvatiya ilə heç-heçədən sonra komandamızda əhval-ruhiyyə yüksəkdi. Ümumiyyətlə, Prosineçkinin gəlişindən sonra yığmamız seçmə mərhələdə keçirdiyi 3 görüşdə 5 xal toplayıb, yəni məğlubiyyət üzü görməyib. Bundan əlavə, komandamız hər 3 görüşdə qapısının toxunulmazlığını saxlaya bilib.

 

Malta millisi yığmamıza olduğu kimi, Prosineçkinin özünə də tanış rəqibdi. Onun rəhbərliyi altında komandamız ilk rəsmi görüşünü məhz bu “cırtdan ölkə”yə qarşı keçirib və Bakıda onlara 2:0 hesabı ilə qalib gəlib. Həmin matçda fərqlənən futbolçulardan Cavid Hüseynov məlum səbəbdən hazırda yığmada olmasa da, Dmitri Nazarov yenə Prosineçkinin ixtiyarındadı.

 

Prosineçki və onun komandası uğurlu seriyanı Ta Qali səfərində də davam etdirməyə çalışacaq. Azərbaycanlı azarkeşlər də Malta ilə matçda yığmamızdan qələbə gözləyirlər. Bunu bacaracağı halda, komandamız xallarının sayını 8-ə çatdıracaq ki, bu da seçmə mərhələni 4-cü pillədə bitirmək şansımızı artıracaq. Bundan əlavə, sabiq baş məşqçi Berti Foqtsun 9 xallıq rekord göstəricisinin yenilənməsi və ya təkrarlanması üçün də şərait yaranacaq.

 

Prosineçkinin Xorvatiya ilə oyunla müqayisədə, heyətdə bəzi dəyişikliklər edəcəyi istisna deyil. Təcrübəli məşqçinin Ruslan və Məhəmməd Qurbanovlara bu dəfə ilk “11-lik”də şans verməyəcəyi gözlənilir. Hər halda, Məhəmmədin yerinə Rauf Əliyev, Ruslanın əvəzinə isə Araz Abdullayev və ya Cavid Tağıyevə şans vermək olar. Xorvatiyalı çalışdırıcının qapı və müdafiə xəttindən fərqli, yarımmüdafiədə başqa dəyişikliklər edəcəyi də istisna deyil.

 

Bu arada, Bakıdan qələbəsiz ayrılan Xorvatiya yığmasının silinmiş 1 xalı müvəqqəti olaraq, geri qaytarılıb. Qeyd edək ki, İtaliya ilə ev oyununda (1:1) meydançanın qazonunda faşizm simvolu aşkarlandığına görə, Xorvatiyanın 1 xalı silinmişdi. Lakin Prosineçkinin həmvətənləri bu günlərdə apellyasiya şikayəti ediblər. Onların şikayətinin qəbul olunub-olunmaması ilə bağlı qərar sentyabrın 17-də veriləcək. Həmin müddətə kimi isə UEFA Xorvatiyanın silinmiş 1 xalını özünə qaytarıb. Bunun nəticəsində xorvatlar turnir cədvəlində zirvəni yenidən ələ keçiriblər.    

 

6 sentyabr

21:00. Malta - Azərbaycan

Ta Qali. Milli stadion. Hakimlər: Harald Lexner, Maksimillian Kolbiç, Andreas Staudinqer, Andreas Haydenrayx (Avstriya)

 

1

Xorvatiya

7

4

3

0

16

3

15

2

İtaliya

7

4

3

0

10

5

15

3

Norveç

7

4

1

2

8

8

13

4

Bolqarıstan

7

2

2

3

7

8

8

5

AZƏRBAYCAN

7

1

2

4

4

11

5

6

Malta

7

0

1

6

1

11

1

 

Xəbər lenti