12 Avqust 09:51 Millimiz Ukrayna və Belarusla qarşılaşacaq
FUTBOL xəbərləri 12 Avqust 09:51
447 baxış

Millimiz Ukrayna və Belarusla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı baş tutacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz avqustun 17-dən 23-dək Bakıda, 24-dən 28-dək Ukraynanın Kiyev şəhərində, avqustun 29-dan sentyabrın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.

 

Yığmamızın avqustun 25-də və 27-də Kiyevdə ukraynalı həmyaşıdları ilə, sentyabrın 3-də və 5-də isə Minskdə Belarusun müvafiq yaş qrupuna aid yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.