7 Oktyabr 15:00 Millimizi uduzduran müəllim Bakıya gəlir
FUTBOL xəbərləri 7 Oktyabr 15:00
6741 baxış

Millimizi uduzduran müəllim Bakıya gəlir

AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya matçının baş hakimi Vilyam Kollum zəngin karyeraya malikdi. Apasport.az saytının məlumatına görə, 2000-ci ildən hakimliyə başlayan referi artıq 10 ildi beynəlxalq matçlara təyinat alır.

 

2004-cü ildə Şotlandiya Premyer Liqasında debüt edən Kollum cəmi 2 il sonra FİFA dərəcəsinə yiyələnib. 2012-ci ildən UEFA-nın elit kateqoriyasında olan şotlandiyalı U-19-lar arasında AVRO-2008-in final oyununu idarə etməsi ilə öyünə bilər. Bundan başqa, britaniyalı 2011-ci ildə U-21-lərin dünya çempionatının final mərhələsində də iş başında olub. 2010-cu ildə Çempionlar Liqasının qrup mərhələsində debüt edən referi qitənin ən nüfuzlu klub turnirində daimi iştirakçılardandı.

 

Kollum hakimliklə yanaşı müəllimliyi ilə də tanınır. Kardinal Nyumenin orta məktəbində dini təhsil şöbəsinin müəllimi olan Kollum 2011-ci ilin avqustunda fəaliyyətini qısa müddətə dayandırıb. Buna səbəb bütün fikrini hakimliyə yönəltmək istəyi olub. Lakin az sonra yenidən müəllimliyini dava etdirən şotlandiyalı 2001-ci ildən başladığı peşəsinə də sadiqlik göstərib.

 

Kollumun hakimlik karyerasına nəzər salsaq, şotlandiyalı Azərbaycan komandaları ilə də görüşüb. 2008-ci ild oktyabrın 11-də DÇ-2010-nun seçmə mərhələsində Finlandiya - Azərbaycan qarşılaşması məhz ona həvalə olunmuşdu. Həmin qarşılaşmanın taleyini də şotlandiyalının qərarı həll etmişdi. Onun təyin etdiyi penaltini 62-ci dəqiqədə qola çevirən Mikael Forssell skandinaviyalılara qələbə qazandırmışdı. Berti Foqrsun yetirmələrindən Araz Abdullayev, Branimir Subaşiç və Saşa Yunisoğlu sarı vərəqə ilə cəzalandırılmışdı. Həmin matçın 3 iştirakçısı – Rəşad Sadıqov, Kamran Ağayev və Elvin Məmmədov yenə yığmamızın düşərgəsindədi.

 

Xəbər lenti