16 Oktyabr 20:18 Millimizin daha bir oyunu Olimpiya Stadionunda keçirilə bilər
FUTBOL xəbərləri 16 Oktyabr 20:18
1291 baxış

Millimizin daha bir oyunu Olimpiya Stadionunda keçirilə bilər

Noyabr ayında baş tutacaq Azərbaycanla Moldova arasındakı yoldaşlıq oyunu Bakı Olimpiya Stadionunda keçirilə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmməmdov məlumat verib.

 

“Neftçi” ilə “ASAN Xidmət” arasında baş tutan sponsorluq anlaşmasının imza mərasimindən sonra əməkdaşımıza açıqlama verən baş katib hələlik stadionun tam olaraq bəlli olmadığını, ancaq tezliklə qərar veriləcəyini deyib: “Biz hələlik bu məsələ barəsində düşünürük. Məlumdu ki, Avroliqada çıxış edən iki klubumuz var, onların oyunlarını da nəzərə almağa məcburuq. Buna görə də hər iki klubla məsləhətləşəndən sonra Moldova yığmasını hansı stadionda qəbul edəcəyimiz haqqında son qərarımızı verəcəyik”.

 

Əməkdaşımızın “Oyunun Bakı Olimpiya Stdionunda baş tutmaq ehtimalı varmı?” sualını isə baş katib belə cavablandırıb:

- Ola bilər. Hər şey mümkündü.

Xəbər lenti

Xəbər lenti