15 Avqust 09:28 Millimizin futbolçusu yenidən “Metallurq”da
FUTBOL xəbərləri 15 Avqust 09:28
4617 baxış

Millimizin futbolçusu yenidən “Metallurq”da

Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin karyerasını davan etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi Ukraynanın “Metallurq” (Zaporojye) klubu ilə yeni müqavilə imzalayıb.

 

2015-ci ilin əvvəlindən yığmamıza cəlb olunan Paşayevin Ukrayna çempionatında çıxış edəcək Zaporojye təmsilçisinin iştirak ərizəsinə də daxil edilib.

 

Ötən mövsüm də “Metallurq”da çıxış edən Pavel komandasının aparıcı üzvlərindən olmaqla yanaşı, meydanda olduğu dəqiqə sayına (2208 dəqiqə, 25 oyun) klubun rekordçusu olub. Əvvəlki müqaviləsi mayın 31-də başa çatan müdafiəçi digər komandaların da maraq dairəsində olsa da, bir neçə ay klubsuz qaldıqdan sonra

yenidən “Metallurq”da oynamağa üstünlük verib.

 

Qeyd edək ki, Paşayev karyerası ərzində “Dnepr”, “Krivbass” və “Karpatı” klublarında da çıxış edib.

Xəbər lenti