17 Oktyabr 11:00 Millimizin hücumçusu Almaniyada qələbə qazandı
FUTBOL xəbərləri 17 Oktyabr 11:00
571 baxış

Millimizin hücumçusu Almaniyada qələbə qazandı

Azərbaycan yığmasının hücumçusu Tuğrul Erat Almaniyada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun komandası “Fortuna” II Almaniya Qərb Regional Liqasında XII tur matçına çıxıb.

 

Dusseldorf təmsilçisi Kölnün “Viktoriya” klubunun qonağı olub. Oyun “Fortuna” II-nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində çıxış edən Erat 90 dəqiqə meydançada qalıb.

 

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran “Fortuna” II turnir cədvəlində X pilləyə yüksəlib.

Xəbər lenti