11 İyul 09:26 Millimizin hücumçusu futbola döndü - FOTO
FUTBOL xəbərləri 11 İyul 09:26
1539 baxış

Millimizin hücumçusu futbola döndü - FOTO

Milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov yenidən yaşıl meydanlara dönüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu karyerasını yenidən Latviyada davam etdirəcək.

 

Karyerasının böyük hissəsini bu ölkədə keçirən Əsgərov bu dəfə “Liepaya” klubu ilə anlaşıb. Ölkəmizdə “Sumqayıt” və “Araz Naxçıvan”ın formasını geyinmiş oyunçu ötən il karyerasını bitirdiyini açıqlamışdı. Lakin o, yenidən futbola dönüb və “Liepaya” ilə bir illik müqavilə bağlayıb. Əsgərov yeni komandasında 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, “Liepaya” Vüqar Əsgərova yad komanda deyil. O, 2007/08 mövsümündə bu klubun əvəzedici, 2011-2013-cü illərdə isə əsas komandasında çıxış edib.

Xəbər lenti