7 Noyabr 11:15 Millimizin Moldova perspektivi
FUTBOL xəbərləri 7 Noyabr 11:15
7349 baxış

Millimizin Moldova perspektivi

Azərbaycan millisinin FİFA reytinqindəki perspektivi bəlli olub. Apasport.az saytının məlumatına görə, açıqlanan son siyahıda 293 xalla 115-ci pillədə olan komandamız növbəti cədvəldə mövqeyini dəyişəcək.

 

Qurum həmin siyahını dekabrın 3-də açıqlayacaq. Onadək isə yığmamız 1 matç keçirəcək.

 

Robert Prosineçkinin yetirmələri noyabrın 17-də Moldova yığması ilə yoldaşlıq matçında üz-üzə gələcək. 177 xalla reytinqdə 154-cü olan Ştefan Stoykanın komandası ilə görüş millimizə yaxşı perspektiv vəd etmir.

 

Rəqibin aşağı pillələrdə qərarlaşması yığmamız üçün sıçrayış ümidlərini də puç edir.

 

Belə ki, komandamız Bakıda qalib gəlsə belə, hesabındakı xallar 296-ya çatacaq. Cəmi 3 xalın qazanılması isə ciddi irəliləyişə səbəb ola bilməz. İndiki siyahıya baxsaq, 296 xala malik komanda 114-cü olacaqdı. Təbii ki, digər komandaların xal hesabının dəyişməsi fərqli mövqe tutmağımızla da nəticələnə bilər. Lakin istənilən halda, qələbə böyük irəliləyiş gətirməyəcək.

 

Heç-heçə isə 10 xal itkisinə səbəb olacaq. Bu da təxminən 6 pillə geriləmək ehtimalına bərabərdi. Moldovalılara məğlubiyyət isə Prosineçkinin yetirmələrinə baha başa gələcək. Çünki 16 xal itkisi təxminən 9 pilləlik enişlə müşayiət oluna bilər.

 

Əvəzində rəqibimiz xeyli qazanmaq imkanı əldə edib. Qələbə moldovalıların xal hesabını 200-ə, heç-heçə isə 181-ə çatdıracaq. Qonaqları məğlub yola salacağımız halda isə bu rəqəm 172-yə bərabər olacaq. Bu dəyişiklik rəqibimizin irəliləməsi ilə nəticələnəcək. Qələbə 9, heç-heçə 3 addım önə keçmək imkanı yaradacaqsa, məğlubiyyət onların mövqeyini böyük ehtimalla dəyişməz saxlayacaq.

 

Nəticə

Oyuna görə əmsal

Reytinq xalı

Təxmini yer

Yığmamız qalib gəlsə

149

296

114

Yığmamız heç-heçə etsə

50

283

121

Yığmzmı uduzsa

0

277

124