25 Avqust 14:10 Millimizin oyunları yeni kanalda
FUTBOL xəbərləri 25 Avqust 14:10
710 baxış

Millimizin oyunları yeni kanalda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2017-nin seçmə mərhələsində keçirəcəyi ilk iki ev oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 4-də Avstriya, 8-də isə Almaniya  yığması ilə baş tutacaq qarşılaşmalar “CBC Sport CBC” televiziyası vasitəsi ilə azarkeşlərə nümayiş olunacaq.

 

Topaz Premyer Liqasının qarşılaşmalarının yayım hüququna yiyələn telekanal ilk dəfə U-21-in qarşılaşmalarını yayımlayacaq.

 

Qeyd edək ki,  hər iki oyun “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmalar saat 20:00-da başlayacaq.

 

Mənbə: affa.az

Xəbər lenti