31 Oktyabr 12:50 Millimizin oyunlarının təqvimi açıqlandı
FUTBOL xəbərləri 31 Oktyabr 12:50
9978 baxış

Millimizin oyunlarının təqvimi açıqlandı

DÇ-2016-nın seçmə mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, gələn il Kolumbiyada keçiriləcək mundiala vəsiqə uğrunda mübarizə aparan yığmamız Xorvatiyada çıxış edəcək.

 

Avropa zonası üzrə əsas seçmə mərhələnin 2-ci qrupunda yarışacaq komandamız ilk matçını dekabrın 10-da keçirəcək. Yığmamız ilkin mərhələdən əsas raunda yüksələn İsveçi sınağa çəkəcək.

 

Ertəsi gün Belarusla qarşılaşacaq millimiz turnirin son günündə meydan sahibləri ilə görüşəcək.

 

Qeyd edək kİ, bu mərhələdə ilk iki yeri tutan komanda pley-offa yüksələcək.

 

DÇ-2016-nın seçmə mərhələsi

Avropa zonası, 2-ci qrup

 

10 dekabr

Xorvatiya – Belarus

Azərbaycan - İsveç

 

11 dekabr

Xorvatiya – İsveç

Azərbaycan - Belarus

13 dekabr

Xorvatiya – Azərbaycan

Belarus - İsveç

Xəbər lenti