6 Oktyabr 19:05 Millimizin oyunu islandiyalı hakimlərə tapşırıldı
FUTBOL xəbərləri 6 Oktyabr 19:05
8131 baxış

Millimizin oyunu islandiyalı hakimlərə tapşırıldı

Gənclər arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Avstriya ilə qarşılaşacaq 21 yaşlılardan ibarət milli komandamızın oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Avstriya ilə Azərbaycan U-21-ləri arasındakı matçı islandiyalı hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Qunyar Yarl Yonsson olacaq. Ona yan xətt hakimləri Qunyar Qunyarson və Birkir Siqyurdarson kömək edəcəklər.

 

Oyunun 4-cü hakimi isə Torvaldur Arnason olacaq.

 

Qeyd edək ki, iki komanda arasındakı görüş oktyabrın 9-da St. Polten şəhərində keçiriləcək, matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da veriləcək. 

Xəbər lenti