6 Oktyabr 08:10 Millimizin rəqibində dəyişiklik
FUTBOL xəbərləri 6 Oktyabr 08:10
426 baxış

Millimizin rəqibində dəyişiklik

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da millimizlə qarşılaşacaq İtaliya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, adı siyahıda olan Davide Santon heyətdən kənarlaşdırılıb.  

 

Buna səbəb 25 yaşlı müdafiəçinin zədələnməsidi. Əzələsində problem olan Santon bu səbəbdən heyətdən kənarda qalıb.  

 

Baş məşqçi Antonio Konte onun əvəzinə Luka Antonellini milliyə dəvət edib. “Milan”ın futbolçusu bu gün yığmanın düşərgəsinə qoşulacaq. 

Xəbər lenti