11 Sentyabr 11:44 Millimizin rəqibində rekord göstərici - 45 futbolçu
FUTBOL xəbərləri 11 Sentyabr 11:44
6004 baxış

Millimizin rəqibində rekord göstərici - 45 futbolçu

Avro-2016-nın seçmə mərhələsində rəqiblərimizdən olan Bolqarıstan yığmasında rekord göstərici qeydə alınıb. Apasport.az saytı xəbər verir ki, bolqarlar təsnifat mərhələsində bu vaxta qədər nə az, nə çox, 45 futbolçunun xidmətindən istifadə ediblər.

 

Bu isə Bolqarıstan millisində seçmə mərhələlər tarixində rekord göstərici deməkdi.

 

İvaylo Petevin gələn ay Xorvatiya və Azərbaycanla keçiriləcək matçlarda heyətdə yeni adlara şans verəcəyini nəzərə alsaq, bu göstərici bir qədər də artacaq.

 

Bolqarıstan millisinin AÇ-2016-nın seçmə mərhələsində bu vaxta qədər keçirdiyi 8 oyunda cəmi 3 futbolçu – Nikolay Bodurov, Svyatoslav Dyakov və Georgi Milanov bütün görüşlərdə forma geyiniblər. 

Xəbər lenti