31 İyul 11:20 Millimizin sabiq futbolçusu Almaniya klubuna baxışa getdi
FUTBOL xəbərləri 31 İyul 11:20
1123 baxış

Millimizin sabiq futbolçusu Almaniya klubuna baxışa getdi

Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın aşağı liqa klubu “Yan Reqensburq”da baxışdadı. Apasport.az saytı alman mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu adıçəkilən komandanın Reqensburqda keçirdiyi təlim-məşq toplanışında iştirak edir.

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Şaab” klubu ilə yoxlama matçında meydana çıxan Rüfət özünü yaxşı tərəfdən göstərib. Dadaşovu bəyənən məşqçilər korpusu onun çıxışından razı qalıb.

 

“Yan Reqensburq” növbəti yoxlama görüşünü “Şvaynfurt”a qarşı keçirəcək və bu görüşdə də Rüfət komandanın məşqçiləri tərəfindən yoxlanılacaq.

Növbəti dəfə etimadları doğruldacağı halda, Dadaşovla müqavilə imzalanacaq.

 

Qeyd edək ki, son klubu “Saarbrükken” olan Rüfət sabiq baş məşqçi Berti Foqtsun vaxtında Azərbaycan yığmasının aparıcı oyunçularından sayılırdı. Yığmada 13 matçda 3 qola imza atan Dadaşov yeni çalışdırıcı Robert Prosineçkinin gəlişindən sonra isə milliyə dəvət almayıb.

 

 

Xəbər lenti