8 Avqust 09:04 Millimizin sabiq hücumçusu Serbiya klubunda - FOTO
FUTBOL xəbərləri 8 Avqust 09:04
732 baxış

Millimizin sabiq hücumçusu Serbiya klubunda - FOTO

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, son illər karyerasını Türkiyədə davam etdirən serbiyalı forvard bundan sonra doğma vətənində çıxış edəcək.

 

33 yaşlı futbolçu Serbiya klubu “OFK Belqrad”la anlaşıb. Belqrad təmsilçisi yeni transferlərini ictimaiyyətə təqdim edib ki, onların içində Branimir də olub. O, yeni komandası ilə 1 illik sazişə qol çəkib.

 

Qeyd edək ki, Azərbaycan yığmasının heyətində keçirdiyi 40 oyunda 7 qola imza atan Branimir Subaşiçin son klubu Türkiyənin I liqa təmsilçisi “Manisaspor” olub.

Xəbər lenti