14 Sentyabr 16:43 Millimizin Slovakiya ilə ilk sınağı
FUTBOL xəbərləri 14 Sentyabr 16:43
1089 baxış

Millimizin Slovakiya ilə ilk sınağı

Futzal üzrə milli komandamız sabah növbəti görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın pley-off mərhələsində çıxış edəcək yığmamız Slovakiya ilə qarşılaşacaq.

 

Qrup mərhələsində Ukrayna, Belçika və Danimarka komandaları ilə mübarizə aparan millimiz 6 xalla qrup ikincisi olmağı bacarmışdı. Bu nəticə isə yığmamıza turnirin pley-off mərhələsində oynamaq imkanı vermişdi.

 

Komandamız Slovakiya ilə Bakı İdman Sarayında baş tutacaq ilk sınağında qonaqları əliboş yola salmağa çalışacaq. Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası yerinə yetirəcək. Baş hakim funksiyasını isə Admir Zahoviç icra edəcək.

 

Qeyd edək ki, Perez Faustinonun çalışdırdığı millimizin Slovakiya ilə ikinci oyunu sentyabrın 22-də Trnavada keçiriləcək.

 

Bu cütlükdən əlavə, Rumıniya – Macarıstan, Bosniya və Herseqovina – Qazaxıstan və Çexiya – Belarus cütlərinin qalibləri də adlarını Avropa çempionatının final mərhələsinə yazdıracaq. Bununla da, vəsiqəni təmin etmiş 8 komandaya daha 4-ü əlavə olunacaq və final mərhələsinin bütün iştirakçılarının adları müəyyənləşəcək.

 

Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Serbiyanın Belqrad şəhərində keçiriləcək.

 

 

21:00. Azərbaycan – Slovakiya

Hakimlər: Admir Zahoviç, Borut Şiviç, Dejan Nikoliç  (Sloveniya)

Bakı. İdman Sarayı

 

 

Xəbər lenti