11 Noyabr 15:02 “Millimizin sonuncu dəfə nə vaxt qalib gəldiyini xatırlamıram” - FOTO
FUTBOL xəbərləri 11 Noyabr 15:02
644 baxış

“Millimizin sonuncu dəfə nə vaxt qalib gəldiyini xatırlamıram” - FOTO

“Millimizin sonuncu dəfə nə vaxt qalib gəldiyini xatırlamıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova yığmasının futbolçusu İqor Armaş deyib.

 

Rusiyanın “Kuban” klubunda çıxış edən 28 yaşlı müdafiəçi FİFA reytinqində 154-cü olan yığmasının acınacaqlı durumundan danışıb.

 

O bildirib ki, noyabrın 17-də Azərbaycanla matçda qələbə çox vacibdi: “Artıq qələbə qazanmağın vaxtı çatıb. Baş verənləri müşahidə etməkdən xəcalət çəkirəm. Lakin mentalitetimizi dəyişməyə məcburuq. Onda nəticələr özünü çox gözlətməyəcək. Növbəti oyunumuz Bakıda Azərbaycan millisinə qarşı olacaq. Bu görüşdə yalnız qələbə qazanmalıyıq”.