12 Avqust 08:38 Millimizin üzvü Türkiyə klubu ilə anlaşdı
FUTBOL xəbərləri 12 Avqust 08:38
877 baxış

Millimizin üzvü Türkiyə klubu ilə anlaşdı

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az-ın “fanatik.com.tr” saytına istinadən məlumatına görə, futbolçu gələn mövsümü də Türkiyədə keçirəcək.

 

O, ötən mövsüm formasını geyindiyi “Qaziantep Böyükşəhər Bələdiyyəspor”da qalmaq qərarına gəlib. 25 yaşlı futbolçunun rəhbərliklə görüşünün yekunu kimi, onun komandada qalması qərara alınıb. Artıq tibbi müyinədən keçən Budak bu həftə rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, Ufuk Budak “Qaziantep BB”yə keçən il “Əskişəhərspor”dan keçmişdi.

Xəbər lenti