12 Noyabr 01:37 Millimizlə oyun üçün yeni futbolçu
FUTBOL xəbərləri 12 Noyabr 01:37
673 baxış

Millimizlə oyun üçün yeni futbolçu

Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyununa daha bir futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, o, yerli "Sperança"da çıxış edən hücumçu Aleksandr Maksimə dəvət göndərib.

 

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 29 yaşlı Maksim millimizlə oyunda meydana çıxacağı təqdirdə, yığmada ilk oyununu keçirəcək. 

Azərbaycan - Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya stadionunda baş tutacaq.

Xəbər lenti