31 İyul 10:05 Mindauqas Kalonas “Rəvan”a qayıtdı
FUTBOL xəbərləri 31 İyul 10:05
1087 baxış

Mindauqas Kalonas “Rəvan”a qayıtdı

Premyer Liqaya hazırlığını Zaqatalada davam etdirən “Rəvan” transfer çalışmalarını da sürətləndirib. Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu artıq ilk əcnəbi transferini həyata keçirib.

 

Ramazan Abbasov, Fərid Quliyev, Hüseyn Axundov, Vüqar Bəybalayev və Məhəmməd Alıyevlə anlaşan “Rəvan” sabiq futbolçusu Mindauqas Kalonası da heyətinə cəlb edib. Hazırda Bakıda olan 31 yaşlı yarımmüdafiəçi ilə hərtərəfli anlaşma əldə edilib. O, sabah Zaqatalaya yola düşəcək və yeni komandasının düşərgəsinə qoşulacaq.

 

Qeyd edək ki, Mindauqas Kalonas “Rəvan” üçün tanış simadı. Belə ki, litvalı futbolçu 2013-cü ildə bu klubun formasını geyinib. Son komandası Latviya “Skonto”su olan Kalonas ölkəmizdə “Rəvan”la yanaşı, “Bakı” və “Simurq”un da formasını geyinib.

 

Ruslan SADIQOV