9 İyun 15:00 Mirça Luçesku qərarını açıqladı
FUTBOL xəbərləri 9 İyun 15:00
1054 baxış

Mirça Luçesku qərarını açıqladı

Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçeskunun karyerasını harda davam etdirəcəyi məlum olub. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, rumıniyalı mütəxəssis Türkiyəyə qayıtmaqdan imtina edib.  

 

“Fənərbaxça” və “Beşiktaş”ın maraq dairəsində olan qocaman çalışdırıcı “Şaxtyor”la müqaviləsini yeniləmək qərarına gəlib. Onun “Şaxtyor”la müqaviləsində olan bəndə görə, rəhbərlik anlaşmanı daha bir il uzatmaq iqtidarındadı. Luça da bundan yararlandıqlarını deyib: “Bəli, yeni bir illik müqavilə imzaladım. Xuande Ramos kimi, Ukraynanı tərk edib qaçmıram. Ayrılmaq, bəlkə də, ən asan yol olardı. Amma indi bunun zamanı deyil”.

 

Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən bəri “Şaxtyor”un “sükanı arxası”ndadı. Buna qədər isə o, “Qalatasaray” və “Beşiktaş”ı Türkiyə çempionu etmişdi.

Xəbər lenti