10 İyul 09:40 “Mladost”un futbolçusu: Mərhələ keçməyə layiq idik
FUTBOL xəbərləri 10 İyul 09:40
643 baxış

“Mladost”un futbolçusu: Mərhələ keçməyə layiq idik

“Neftçi” ilə qarşılaşma çox çətin oldu. Amma sonda sevinən tərəf olduğumuz üçün sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqronun “Mladost” klubunun futbolçusu İvan Vukoviç deyib.

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyununun 90+1-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atan 28 yaşlı hücumçu görüş haqda fikirlərini açıqlayıb: “Bəzən qələbəsiz də mərhələ keçmək olur. Amma heç kim deməsin ki, bəxt sayəsində buna nail olduq. Çünki biz 90 dəqiqə boyu mübarizə apardıq. Mərhələ keçməyə layiq idik. Bu üzdən də mübarizəni biz davam etdirəcəyik. Qarşılaşmanı izləyən azarkeşlərə də təşəkkür edirəm. Onların da dəstəyi böyük kömək idi”.

 

Qeyd edək ki, Bakıda 2:2 hesabı qeydə alındığından, Monteneqrodakı nəticə (1:1) “Mladost”un mərhələ adlamasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti