8 İyul 18:01 “Mladost”un futbolçusu: “Neftçi”ni keçmək bizim üçün böyük uğur olacaq
FUTBOL xəbərləri 8 İyul 18:01
665 baxış

“Mladost”un futbolçusu: “Neftçi”ni keçmək bizim üçün böyük uğur olacaq

“Rəqibimiz  “Neftçi” kimi güclü komandadı. Bu üzdən bizim üçün mərhələ keçmək böyük, fenomenal uğur olacaq. Amma rəqibimiz favorit olsa da, hələ mərhələ keçməyib. Bizim də öz planlarımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Monteneqronun “Mladost” klubunun futbolçusu Marko Stepanoviç deyib.

 

Podqoritsa təmsilçisinin 33 yaşlı hücumçusu Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə sabah keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb. Stepanoviç ev oyununda azarkeş dəstəyini zəruri sayır: “Neftçi” ilə qarşılaşmada yalnız azarkeş dəstəyinin köməyi ilə mərhələ adlaya bilərik. Bu üzdən podqoritsalılardan matça gəlib, bizə kömək olmağı xahiş edirəm. Komandamız bütünlüklə oyuna köklənib. Meydana çıxmaq, uğurlu nəticə qazanıb, mərhələ keçmək istəyirik”.

 

Marko “Neftçi” ilə matçın heç də asan olmayacağını da qeyd edib: Bakıdakı qarşılaşmada iştirak edən hər kəs ordakı stadionu, ab-havanı görüb, “Neftçi”nin nə dərəcədə böyük klub olduğunu dərk etdi. Təbii ki, belə bir komanda öz meydanındakı 2:2 hesablı nəticədən razı qala bilməz. Bu üzdən də bizi çox çətin və gərgin oyun gözləyir. Lakin biz də meydana çıxıb, mərhələ keçmək gücündə olduğumuzu nümayiş etdirməliyik. İlk oyunda 15 min tamaşaçının qarşısında ikinci qolu buraxanda matçın əldən getdiyini düşündük. Amma bərabərlik qolu bizi bir az ümidləndirdi.

 

Monteneqrolu futbolçu bildirib ki, çərin vəzifənin öhdəsindən gəlmək iddiasındadılar: “İlk matçın nəticəsi bizi qane edir. Amma belə güclü rəqiblə qarşılaşmada 0:0 hesabı üçün oynamaq çətindi. Ona görə də oyuna ilk matç olmayıbmış kimi çıxacağıq. Bakıdakı görüşün son dəqiqələrinin bizim diqtəmizlə keçdiyini nəzərə alsaq, uğurlu nəticəyə ümid edə bilərik”.

 

Xəbər lenti