31 Avqust 15:33 Modriç millimizə qarşı oynaya biləcəkmi?
FUTBOL xəbərləri 31 Avqust 15:33
610 baxış

Modriç millimizə qarşı oynaya biləcəkmi?

Xorvatiya yığmasının aparıcı futbolçusu Luka Modriç Bakıda millimizlə keçiriləcək qarşılaşmada forma geyinə biləcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid “Real”ının heyətində “Betis”lə qarşılaşmada zədə aldığı bildirilən Luka Modriçin vəziyyəti yaxşıdı.

 

Bu barədə “kral klubu”nun baş məşqçisi Rafael Benites açıqlama verib. O, Modriçin zədəsinin ciddi olmadığını bildirib: “Lukanın zədə ilə bağlı problemi yoxdu. Sadəcə, ayağında ağrı hiss edirdi. Buna görə də, “Betis”lə matçda onu meydanda sona qədər saxlamadım. Modriç növbəti görüşlərdə də komandamıza kömək edə biləcək”.

 

Bu isə o deməkdi ki, vəziyyəti yaxşı olan Modriçin Xorvatiya yığmasının heyətində Bakıya gəlməsinə heç bir maneə yoxdu.

 

Qeyd edək ki, yığmamızın xorvatlarla görüşü sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək.

 

  

Xəbər lenti