2 Noyabr 17:36 Moldova yığmasının qiyməti: 1 manat
FUTBOL xəbərləri 2 Noyabr 17:36
819 baxış

Moldova yığmasının qiyməti: 1 manat

Azərbaycan yığmasının Moldova ilə keçirəcəyi yoxlama görüşünün biletləri satışa çıxarılıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq biletlərin qiyməti də açıqlanıb.

 

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı izləmək istəyən azarkeşlər 1 manatlarından keçməli olacaqlar. Yalnız VIP sektorlara biletlərin qiyməti 10 manatdı.

 

Biletləri “28 Mall” alış-veriş mərkəzindən, 8-ci kilometr qəsəbə stadionunun kassalarından, “Bakcell” Sahil müştəri xidmətlərindən, həmçinin www.tickets.affa.az ünvanından əldə etmək olar.

 

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan – Moldova matçı saat 21:00-da başlayacaq.

Xəbər lenti