31 Oktyabr 13:49 Moldovalılar Azərbaycanla oyundan sonra baş məşqçi dəyişikliyi arzusunda
FUTBOL xəbərləri 31 Oktyabr 13:49
325 baxış

Moldovalılar Azərbaycanla oyundan sonra baş məşqçi dəyişikliyi arzusunda

Noyabrın 17-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Moldova yığmasının baş məşqçisi postu ətrafında ciddi narazılıqlar yaranıb. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası Ştefan Stoykanı vəzifəsində saxlamaq istəyində olsa da, bu addım ictimaiyyət tərəfindən müsbət qəbul olunmur.

 

Rusiya “Kuban”ının sabiq məşqçisi Andrey Martin də Stoykanın Azərbaycanla oyundan sonra getməsinin tərəfdarıdı. O, federasiyanı baş məşqçi postunda dəyişikliyə çağırıb: “Ümid edirəm ki, federasiya rəhbərliyi yığmanın baş məşqçisi postuna layiqli mütəxəssis gətirəcək. Futbolçularımızın inkişaf edib-etməyəcəyi bu qərardan asılıdı. Stoyka pis məşqçi deyil. Amma yığmaya daha layiqli çalışdırıcı cəlb olunmalıdı”.

 

 

Xəbər lenti