9 Avqust 15:19 Mourinyo “Çelsi”nin xanım həkimini futbolu bilməməkdə günahlandırdı
FUTBOL xəbərləri 9 Avqust 15:19
709 baxış

Mourinyo “Çelsi”nin xanım həkimini futbolu bilməməkdə günahlandırdı

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo klubun həkimi ilə gərginlik yaşayıb. Apasport.az saytının məlumatına görə, Mourinyo xanım həkimi Eva Karneyronu futboldan anlamamaqda günahlandırıb.

 

İngiltərə Premyer Liqasının ilk turunda, “Suonsi” ilə baş tutan görüşdə komanda Kurtuanın qırımızı vərəqə ilə cəzalanmasından sonra 10 nəfərlə qaldığı bir vaxta Eden Azardın zədələnməsi və həkim heyətinin meydana girərək belçikalı oyunçuya müdaxiləsi portuqaliyalı mütəxəssis özündən çıxardıb.

 

Belə ki, bu halda Azard həkimlərlə birlikdə oyunda kənara çıxmalı və bir neçə dəqiqə komanda 9 nəfərlə qalmalı olub. Mourinyo isə düşünür ki, Azardın zədəsi o qədər də ciddi deyildi və həkimlərin meydana daxilm olmasına gərək yox idi:

 

“Ümumiyyətlə, ehtiyat oyunçular skamyasında oturan hər kəs, masajçı, həkim, tərcüməçi belə olsa, futboldan başı çıxan adam olmalıdı. Mən bizim həkim heyətindən razı deyiləm. Onların yersiz müdaxilələri bizə ziyan vurur”.

Xəbər lenti