8 Noyabr 00:32 Mourinyodan 2 antirekord
FUTBOL xəbərləri 8 Noyabr 00:32
831 baxış

Mourinyodan 2 antirekord

“Çelsi”nin bu mövsümkü zəif çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, “zadəganlar” Premyer Liqanın XII turunda “Stok Siti”yə də məğlub olub.

 

Bu isə londonluların Joze Mourinyonun rəhbərliyi altında cari mövsümdə 7-ci məğlubiyyətidi. Buna qədər isə Mourinyo bir mövsümdə ən çox 6 dəfə məğlubiyyət acısı yaşamışdı.

 

“Stok Siti” ilə qarşılaşma portuqaliyalı mütəxəsis üçün daha bir antirekordla yadda qalıb. Məşqçilik karyerası ərzində Joze Mourinyonun komandası ilk dəfə bir mövsümdə ardıcıl 3 oyunda məğlub olub.

Xəbər lenti