13 Noyabr 17:06 “Mövsümü major notda bitirmək istəyirik” - Bədavi Hüseynov
FUTBOL xəbərləri 13 Noyabr 17:06
5452 baxış

“Mövsümü major notda bitirmək istəyirik” - Bədavi Hüseynov

“Moldova sıradan bir rəqib deyil. Yoldaşlıq oyunu olsa da, meydançaya qələbə qazanmaq üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov deyib.

 

Yığma komandamız noyabrın 17-də yoldaşlıq görüşü çərçivəsində Moldova millisini qəbul edəcək. Bu gün keçirilən brifinqdə görüşlə bağlı fikirlərini bildirən “Qarabağ”ın mərkəz müdafiəçisi rəqibə yuxarıdan aşağı baxmadıqlarını söyləyib: “Son iki uğursuz çıxışdan sonra mövsümü major notda bitirmək istəyirik. Buna görə də Moldova üzərində qələbə bizim üçün vacibdi. Hamı məşqlərdə əlindən gələni edir. Bütün futbolçular istəyir ki, ona şans verilsin, özünü yaxşı tərəfdən göstərsin. Paralel olaraq Avropa Liqasının qrup mərhələsində çıxış etməyimiz də bizə böyük təcrübə qazandırır. “Monako”, “Tottenhem” kimi komandalarla qarşılaşmaq bizim yalnız xeyrimizədi. Belə komandalarla üz-üzə gələndən sonra təcrübəmiz artıq və beynəlxalq oyunlara daha rahat çıxırıq”.

 

Qeyd edək ki, noyabrın 17-də baş tutacaq Azərbaycan – Moldova oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti