25 İyul 16:38 Mövsümün 11-cisi
FUTBOL xəbərləri 25 İyul 16:38
587 baxış

Mövsümün 11-cisi

Cari mövsüm avrokubokların ilk 2 təsnifat mərhələsi Azərbaycan klubları üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, 12 oyun keçirən 4 klubumuz ölkəmizin hesabına 1,750 xal qazandırıb.

 

Bunun 0,625-i “İnter”in hesabındadı. “Qəbələ” 0,500, “Qarabağ” 0,375 xal qazanıbsa, mübarizəni dayandıran “Neftçi” 0,250 xalla kifayətlənmişdi.

 

Qazanılan 1,750 xal mövsümün ən yaxşıları arasında 11-ci pilləni tutmağa imkan verir. Avropa nəhəngləri mübarizəyə başlamadığından siyahıya Lixtenşteyn başçılıq edir – 4,000. Slovakiya 3,000, Norveç 2,750 xalla ilk “üçlük”də qərarlaşıb.

 

Azərbaycan kimi Kipr və Xorvatiyanın da 1,750 xalı var. Sonuncular 2 komandası mübarizəni davam etdirdiyindən 12-ci yerdədisə, itkisiz irəliləyən Kipr 10-cudu.