6 Oktyabr 14:48 “Mövsümün ən biabırçı oyununu “Qarabağ”a qarşı keçirdik” - FOTO
FUTBOL xəbərləri 6 Oktyabr 14:48
2292 baxış

“Mövsümün ən biabırçı oyununu “Qarabağ”a qarşı keçirdik” - FOTO

“Qarabağ”la oyundakı “Yanq Boyz”la indiki komanda arasında çox böyük fərq var. İndi komandamız əsl hücum futbolu nümayiş etdirir”. Apasport.az saytının məlumatına görə, bunu “Yanq Boyz”un baş məşqçisi Adi Hütter deyib.

 

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a məğlub olan İsveçrə təmsilçisi ölkə çempionatına da uğursuz start götürmüşdü. Lakin Hütterin gəlişi ilə Bern klubu uğurlu seriya yaxalamağa başladı. İsveçrə Superliqasında ardıcıl 4 qələbə qazanan “Yanq Boyz” artıq lider “Bazel”lə aradakı xal fərqini 7-yə endirib.

 

45 yaşlı çalışdırıcının fikrincə, mövsümün əvvəlində bu postda olsaydı, hazırda Avrokubokda mübarizəni davam etdirirdilər: “Etiraf etmək lazımdı ki, “Yanq Boyz” bu mövsüm ən biabırçı oyununu “Qarabağ”a qarşı keçirdi. Ancaq biz son 4 matçda qələbə qazanmışıq və liderlə aradakı xal fərqini azaltmışıq. Fikrimcə, bu ab-hava mövsümün əvvəlində olsaydı, komanda Avrokuboklarda indi qrup mərhələsində iştirak edirdi”.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Yanq Boyz”a (1:0, 3:0) qalib gələndə, İsveçrə klubunu Harald Qamperle çalışdırırdı.

Xəbər lenti