27 Avqust 21:00 Mövsümün qolu: Messi hamını qabaqladı - VİDEO
FUTBOL xəbərləri 27 Avqust 21:00
2099 baxış

Mövsümün qolu: Messi hamını qabaqladı - VİDEO

2014/15 mövsümündə Avropanın ən gözəl qolu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın keçirdiyi səsvermənin qalibi argentinalı Lionel Messi olub.

 

Cənubi amerikalının “Barselona”nın heyətində vurduğu qol mövsümün ən yaxşısı seçilib. Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə ilk oyunundakı (3:0) qol 199 min 190 səs yığıb. Bu isə mümkün səslərin 39 faizidi.

 

Portuqaliyalı Kriştianu Ronaldonun çıxış etdiyi “Real”ın heyətində qrup mərhələsində “Liverpul”a vurduğu qol 2-ci olub. “Arsenal”lı Aron Remsinin “Qalatasray”ın qapısına vurduğu qol 3-cü olub.

Xəbər lenti