12 Noyabr 16:41 Müller “Bavariya”da ən çox qazanan futbolçu olacaq
FUTBOL xəbərləri 12 Noyabr 16:41
554 baxış

Müller “Bavariya”da ən çox qazanan futbolçu olacaq

“Bavariya” klubu aparıcı futbolçularından olan Tomas Müllerlə yeni müqavilə imzalayacaq. Apasport.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında razılıq artıq əldə olunub.

 

Sözləşməsinin müddətini uzatdıqdan sonra Müller “Bavariya”nın ən yüksək ödənişli futbolçusu olacaq.

 

Yeni müqavilənin müddəti 2020-ci ilə qədər nəzərdə tutulacaq. Razılaşmaya əsasən, 26 yaşlı futbolçu Münhen klubunda ilinə 15 milyon avro qazanacaq. Bu isə Müllerin hazırda qazandığı illik maaşdan 6,5 milyon avro çox deməkdi.

 

 

Xəbər lenti