30 Avqust 18:26 Nazarov oynamadı, komandası biabır oldu
FUTBOL xəbərləri 30 Avqust 18:26
742 baxış

Nazarov oynamadı, komandası biabır oldu

Almaniya II Bundesliqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 5-ci turun oyunları çərçivəsində milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” səfərdə “Braunşveiq”lə qarşılaşıb.

 

Milli üzvünün meydana çıxmadığı, ehtiyat oyunçular skamyasından izlədiyi oyun komandası üçün faciə ilə nəticələnib. “Karlsrue” 0:6 hesabı ilə darmadağın olub.

 

Bu oyundan sonra hesabında 6 xal olan Nazarovun komandası 12 pillədə qərarlaşıb.