17 İyul 17:07 “Neftçi” “Antalyaspor”la qarşılaşacaq
FUTBOL xəbərləri 17 İyul 17:07
793 baxış

“Neftçi” “Antalyaspor”la qarşılaşacaq

"Neftçi"nin yeni mövsümə hazırlığı Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, iyulun 19-da Afyonkarahisar şəhərinə yollanacaq komanda "Korel Termal" otelində məskunlaşacaq.

 

Avqustun 1-dək davam edəcək toplanışda 3 yoxlama oyunu baş tutacaq. İyulun 24-də "Əl-Faysali" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq “Neftçi” 4 gün sonra "Antalyaspor" (Türkiyə), 31-də isə "Panionios"la (Yunanıstan) görüşəcək.

 

Mənbə: neftchipfk.com

Xəbər lenti