12 İyun 12:17 “Neftçi” daha bir “sönmüş ulduz”a qucaq açdı
FUTBOL xəbərləri 12 İyun 12:17
4406 baxış

“Neftçi” daha bir “sönmüş ulduz”a qucaq açdı

Avropa Liqasında mübarizə aparacaq “Neftçi” daha bir futbolçunun keçidini həll edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Rəşad Eyubov paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirib.

 

“Sumqayıt”dan ayrılan millimizin üzvü yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək. Rəşad Eyubov ötən mövsüm 28 oyunda 4 qola imza atıb. O, karyerası ərzində Ukraynanın "Çernomorets” və "Metallurq” klubları ilə yanaşı, ölkəmizdə "Simurq”, "Xəzər Lənkəran”, "Kəpəz” və "Qəbələ”də çıxış edib.

 

Bununla, “Neftçi”nin prezidenti Kamran Quliyev müdafiəçi Tural Axundovdan sonra “Sumqayıt”da birlikdə çalışdığı daha bir “sönmüş ulduzu” yanına aparıb.

 

Qeyd edək ki, bakılılar eyni zamanda ötən mövsümü “Kəpəz”də keçirən braziliyalı Dario Frederiko ilə “güclənib”.

Xəbər lenti