6 Avqust 16:08 “Neftçi” heyətini gücləndirir
FUTBOL xəbərləri 6 Avqust 16:08
2119 baxış

“Neftçi” heyətini gücləndirir

"Neftçi İdman Klubu”nun futbol sektoru tərəfindən Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim-İdman Bazasında U-10, U-11 və U-12 komandaları arasında seleksiya xarakterli turnir keçirilib. Apasport.az saytının məlumatına görə, turnirin keçirilməsində əsas məqsəd klubun bu yaş qrupları üzrə komandalarının heyətinin komplektləşdirilməsidı.

 

Paytaxt klubu yarışlarda iştirak edən, eləcə də baxış üçün yoxlama oyunlara qatılan yeniyetmə istedadlı futbolçuları aşkara çıxarıb, müvafiq yaş qruplarına cəlb edib. İki gün davam edən turnirdə Rəvan Qarayev, Fərid Allahverdiyev, Nihat Qurbanov, İnqilab Ağazadə, Emil Hüseynov, Sadiq Babayev, Elşən Babayev, Ömər Mirzəyev və Rüfət Rüstəmov kimi istedadlı yeniyetmə futbolçular məşqçilər tərəfindən bəyənilərək müvafiq yaş qruplarına cəlb olunublar.

 

Qeyd edək ki, klubun futbol sektoru iyulda Siyəzəndə U-13, U-14 və U-15 komandaları arasında da eyni məqsədlə seleksiya xarakterli turnir təşkil etmişdi.

 

Xəbər lenti