3 Sentyabr 15:02 "Neftçi İdman Klubu"ndan futbolun inkişafına töhfə - FOTOSESSİYA
FUTBOL xəbərləri 3 Sentyabr 15:02
1354 baxış

"Neftçi İdman Klubu"ndan futbolun inkişafına töhfə - FOTOSESSİYA

36 idman növünü özündə birləşdirən "Neftçi İdman Klubu" İctimai Birliyinin Azərbaycan idmanında önəmli yeri var. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, komandada idmanın şahı sayılan futbolun da inkişafına xüsusi diqqət göstərilir.

 

"Neftçi İdman Klubu"nun yeni layihəsində bu idman növünün daha da inkişaf etdirilməsinə geniş yer ayrılıb. Əlbəttə ki, ən populyar növün "onurğa sütunu" uşaq futbolu sayılır. İstənilən klubun peşəkarlaşması üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr arasında inkişaf etdirməsi çox vacib şərtdi.

 

Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra bu sahəyə diqqət və qayğı daha da artıb. Rəhbərlik üçün prioritet məsələlərdən biri məhz uşaq futboludu. "Neftçi İdman Klubu" bu fəaliyyət sistemini əsas götürərək uşaq futbolunun inkişafı ilə bağlı xüsusi layihələr həyata keçirir. Uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər, kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən seleksiya xarakterli toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək klubun müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Belə tipli oyunlardan bir neçəsi də bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun örtülü idman meydançasında keçirilib. Məşqçilər qarşılaşmaları izləyərək qeydlərini ediblər və fərqlənənləri seçiblər.

Xəbər lenti