15 Oktyabr 17:24 “Neftçi” Kişinyov klubunu məğlub etdi
FUTBOL xəbərləri 15 Oktyabr 17:24
728 baxış

“Neftçi” Kişinyov klubunu məğlub etdi

“Neftçi”nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Dəri top” turnirində 3-cü matçını keçirib. Bakı klubundan  apasport.az saytına verilən məlumata görə, Kişinyovun "Spiru Xaret" klubu ilə qarşılaşan “ağ-qaralar” bu görüşdən də qalib ayrılıblar.

 

Onlar Moldova təmsilçisini 4:1 hesabı ilə məğlub ediblər. Komandamızın heyətində Valeh Qəhrəmanlı dubl edib, Musa Qurbanlı və Murad Abbaslı hərəyə bir dəfə fərqləniblər.  

 

“Neftçi” B qrupundakı 4-cü oyununu sabah “Nadejda” (Krasnodar, Rusiya) komandasına qarşı keçirəcək. 

 

Qeyd edək ki, yeniyetmə futbolçularımız turnirin ilk matçında “Umed” (Düşənbə, Tacikistan) klubunu 3:0, ikinci görüşdə isə “Puls” (Yakutsk, Rusiya) klubunu 2:1 hesabı ilə məğlub etmişdi. 

Xəbər lenti