16 Oktyabr 17:14 “Neftçi” Krasnodar klubunu məğlub etdi
FUTBOL xəbərləri 16 Oktyabr 17:14
695 baxış

“Neftçi” Krasnodar klubunu məğlub etdi

Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirində çıxış edən “Neftçi”nin U-14 komandası 4-cü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün Krasnodarın “Nadejda” klubu ilə qarşılaşıb.

 

Bakılılar bu matçda 3:2 hesabı ilə qalib gəlib. “Neftçi”nin qollarından ikisini Abdulla Rzayev, birini isə Musa Qurbanlı vurub.

 

Qeyd edək ki, ardıcıl 4-cü dəfə qalib gələn “ağ-qaralar” bundan əvvəlki oyunlarda Tacikistanın “Umed” (3:0), Rusiyanın “Puls” (2:1) və Moldovanın “Spiru Xaret” (4:1) klubunu məğlub edib. Paytaxt klubu sabah qrupdakı son matçında “Qudauta” (Abxaziya) ilə qarşılaşacaq.

 

Xəbər lenti

Xəbər lenti