15 Oktyabr 09:14 “Neftçi” Paraqvay klubları ilə danışıq aparır
FUTBOL xəbərləri 15 Oktyabr 09:14
1353 baxış

“Neftçi” Paraqvay klubları ilə danışıq aparır

“Braziliyada olduğumuz müddətdə əsas hədəfimiz “Fluminense” klubu ilə görüşmək idi. Amma həmin vaxt Paraqvayda da olmuşduq”. Bu məlumatı apasport.az saytına “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov verib.

 

Paytaxt klubunun idman direktoru Vəli Qasımovla birlikdə bu ilin avqust ayında Braziliyada olan icraçı direktor həmin vaxt Paraqvayda da bir neçə klub nümayəndələri ilə görüşdüklərini söyləyib: “Paraqvay klubları ilə bağlı işlər hazırda da müəyyən istiqamətdə davam edir. Bir neçə klub rəsmiləri ilə görüşümüz oldu. Ancaq hələlik konkret ad çəkmək istəmirik. Real nəticə əldə olunduqdan sonra ətraflı məlumat verəcəyik”.

 

Məmmədov Braziliyadan fərqli, Paraqvaydan oyunçu transfer etməyin çətinliyindən də bəhs edib: “Paraqvayda vəziyyət bir qədər fərqlidi. Yəni ordan futbolçu gətirmək çətindi. Çünki futbolçunun transferi üçün həddindən artıq yüksək məbləğ tələb edirlər. Bu üzdən də biz alternativ yollar axtarırıq ki, onlarla əməkdaşlıq edək. Amma elə məsələlər var ki, onlarda bizə köməkləri dəyəcək”.

 

Xəbər lenti