9 İyul 16:35 “Neftçi” qeyri-peşəkar klubdu”
FUTBOL xəbərləri 9 İyul 16:35
5394 baxış

“Neftçi” qeyri-peşəkar klubdu”

“Neftçi”dəki insanlar mən və ailəmlə çox pis davrandılar. 2 aydı əmək haqqımı ala bilmirəm. Onlar evimin 3 aylıq kirayə haqqını da ödəməyiblər. Bu, Avropa Liqasında oynayacaq kluba yaraşan hərəkətlər deyil”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu Lukas Qomes deyib.

 

O, sportlife.az-a açıqlamasında “Neftçi”dən narazılığını bildirib. Mayk Kampazın ardından göndərilməsi gündəmdə olan futbolçu klubu qeyri-peşəkar adlandırıb və bununla razılaşmayacağını söyləyib: “Neftçi”dən ayrılmaq haqda düşünmürəm, belə bir planım yoxdu. Çünki dekabra qədər bu klubla müqaviləm var. Müqaviləmdə yazılan maaşı sonuna qədər alacam. Mən onlara qarşı həmişə peşəkar davranmışam, ancaq mənim onlarla davrandığım tərzdə davranmadılar”.

 

Qomesin bu açıqlaması “Neftçi”nin necə qeyri-peşəkar şəkildə idarə olunduğunun növbəti sübutudu. Keçmişə baxsaq, əcnəbi oyunçularını qovub, sonradan UEFA və FİFA ilə başı bəlada olan klublarımızın sayının kifayət qədər olduğunu görərik. Bu gedişlə bakılıların prezidenti Kamran Quliyevin yürütdüyü siyasət Azərbaycanın ən köklü klubunu da həmin siyahıya salacaq.

 

Hər halda, zəif və ya güclü – rəhbərliyin gətirdiyi futbolçulardı. Müqaviləli oyunçunu bazaya buraxmamaq, onu qovmaq üçün müxtəlif yollara əl atmaq peşəkar kluba yaraşmaz. İndi 90-cı illər deyil ki, kimisə hədə-qorxu, qışqır-bağırla ələ ala biləsən. Xüsusən də, yerlilərdən fərqli, əlində 200-300 min maaşlı rəsmi sənədi olan əcnəbiləri. Onların FİFA-ya şikayətinin isə altından nə Kamran Quliyev çıxa bilər, nə də onun “Neftçi”yə yığdığı dost-tanışı.

Xəbər lenti