23 Avqust 13:04 “Neftçi” “Real Sosyedad”ın keçmiş futbolçusunu Bakıya gətirdi - FOTO
FUTBOL xəbərləri 23 Avqust 13:04
735 baxış

“Neftçi” “Real Sosyedad”ın keçmiş futbolçusunu Bakıya gətirdi - FOTO

“Neftçi”nin yeni transferi - ispaniyalı hücumçu Antonio Kuinta (Aniete) artıq Bakıdadı. Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçdikdən sonra futbolçu ilə müqavilə imzalanacağı gözlənilir. 


Bundan əvvəl Bolqarıstanın “Levski” klubunun formasını geyinmiş Aniete bu komandanın heyətində meydana çıxdığı 28 matçda 14 qol vurub.

 

Qeyd edək ki, ötən il “Levski”yə Yunanıstan klubu “Niki Volos”dan keçən Aniete keçən mövsüm vurduğu 14 qolla A qrupunun bombardiri olub.

 

“Real Sosyedad”ın yetirməsi olmasına baxmayaraq, bu klubun yalnız B komandasında oynamış hücumçunun karyerası ərzində çıxış etdiyi ən güclü komanda “Olimpakos” olub.

Xəbər lenti