14 Avqust 07:46 "Neftçi" rəsmiləri Braziliyada iki oyun izlədi - FOTO
FUTBOL xəbərləri 14 Avqust 07:46
772 baxış

"Neftçi" rəsmiləri Braziliyada iki oyun izlədi - FOTO

Braziliyada səfərdə olan “Neftçi” rəsmiləri iki oyunu izləyib. Apasport.az saytının məlumatına görə, klubun icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov Cənubi Amerikada Braziliya komandalarının iştirakı ilə keçirilmiş görüşlərə tamaşa edib.

 

Onlar əvvəlcə “Fluminense” və “Vasko da Qama” klublarının 20 yaşadək futbolçulardan ibarət komandalarının oyununa baxıb, ardınca A seriyasının 18-ci turu çərçivəsində keçirilmiş “Flamenqo” - “Atletiko PR” matçına stadiondan izləyiblər.

 

Bununla yanaşı, klub rəsmiləri iki işgüzar görüşdə qarşılıqlı əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.